Tanrının və tarixin sevdiyi şəxsiyyət

Heydər Əliyev Fondu

Heydər Əliyev Mərkəzi

Yeniləşən məktəblər

Yeniləşən məktəblər

Yeniləşən məktəblər

Yeniləşən məktəblər

Cenub mirvarisi

1905.az

Azərbaycan Respublikası məktəbliləri üçün elektron səhifə

Elektron müsabiqə

Sabahın alimləri

Saat

<$Heydər Əliyev məktəblilərin gözü ilə - 2013

<$

Hacızadə Rafət Mərasim oğlunun Astara rayonu Nail Həsənov adına Kijəbə qəsəbə tam orta məktəbin IX sinif şagirdi.




El bilir ki, sən mənimsən,
Yurdum, yuvam məskənimsən,
Anam, doğma Vətənimsən!
Ayrılarmı könül candan?
Azərbaycan, Azərbaycan!





Səməd Vurğun


Vətənimin hər bir guşəsi ana qucağı kimi isti, nurlu, müqəddəsdir. Dünən xəyal kimi görünən bu gün gerçəkdir. Gəncliyə ruh verən, onu Vətəninə, torpağına, elinə, obasına bağlayan, bu qədim odlar diyarının füsunkarlığı, gözəlliyidir. Bu möhtəşəm gözəllik insanı vəcdə gətirir, ideal həyata, qurub yaratmağa sövq edir. Gəncliyi əhatə edən qayğı və diqqət xoşbəxt, firavan həyata yol açır. Bu qayğı və diqqətin ən gözəl nümunəsi möhtərəm Prezidentimiz İlham Əliyevin tapşırığına əsasən məktəblilərin Azərbaycanın ayrı-ayrı bölgələrinə səyahətindən ibarət olan “Ölkəmizi tanıyaq” layihəsidir. Layihənin iştirakçısı kimi bu səyahət əsasən mənim və yəqin ki, bütün iştirakçıların qəlbini riqqətə gətirdi. Ürəyimizdə Ana Vətənə, torpağa, xalqa, el-obaya sözə, kəlməyə sığmayan hədsiz sevgi və məhəbbət hissi alovlandırdı.
Səfərə yola düşdüyümüz vaxt müəllimim mənə “yaxşı yol, uğurlar olsun, qayıdandan sonra təəssüratlarını bir vərəq həcmində yazıb mənə göstərərsən” dedi. Düşündüm ki, bir vərəqdə fikrimi ifadə edə bilmərəm. Qərara gəldim ki, gördüklərimin nəticəsini yazıb göndərim.
- Müstəqil Azərbaycan dövlətinin təhsilə gündəlik qayğısının nəticəsi olaraq intellektual, səviyyəli, bilikli, sivil cəmiyyətlə ayaqlaşa bilən bacarıqlı, sədaqətli, cəsarətli, vətənpərvər gəncliyə alqış dedim.
- Bölgələrimizin sürətli inkişafı, Ulu Öndərin müdrik, uzaqgörən siyasətini uğurla həyata keçirən onun layiqli davamçısı, möhtərəm Prezidentimiz İlham Əliyevin gərgin, yorulmaz, səmərəli fəaliyyəti sayəsində güllü-çiçəkli, bağlı-bağatlı, füsunkar təbiətli bölgələrimiz heyran etdi məni.
- Müstəqil Azərbaycan dövlətinin banisi, xalqımızın ümummilli lideri, Ulu Öndər Heydər Əliyevin möhtəşəm abidəsini ziyarət etdim. Heydər Əliyev Mərkəzində dünyanın bu Ən Böyük Azərbaycanlı Dahisinin gəncliyə örnək olan mənalı, zəngin həyat yolu və fəaliyyəti ilə tanışlıqdan böyük iftixar hissi duydum.
- Əsrlərin yadigarı, gözəl Bərdə, tarixlərin şahidi, qədim Gəncə, könül oxşayan Şəmkir eli yaddaşımdan silinməz heç vaxt.
- Dünya ədəbiyyatının zirvəsində daim parlayan, bəşəriyyətin, mədəni və mənəvi xəzinəsinə nadir incilər bəxş etmiş Xaqani Şirvani, Nizami Gəncəvi, Məhsəti Gəncəvi aləmini seyr etdim, onların ruhlarını duydum.
Şeyx Nizaminin əzəmətli məqbərəsinə ziyarəti isə dünyanın ən müqəddəs məbədlərinə ziyarət sandım.
- Bir də görkəmli şairimiz Səməd Vurğun poeziyasının ən gözəl nümunəsi olan, gözəl Vətənimizin hər bir guşəsinin vəsf olunduğu “Azərbaycan” şeirinin hər bir sətrinin canlı şahidi oldum.

...Keç bu dağdan, bu arandan,
Astaradan, Lənkərandan...

Göy yaylaqlar belinə qalx,
Kəpəz dağdan Göygölə bax...

Könlüm keçir Qarabağdan,
Gah bu dağdan, gah o dağdan...


Azərbaycanı, doğma Vətənimizi, bənzərsiz gözəllikləri, əsrarəngiz təbiəti bir şeir çələnginə yığan bu həzin poetik nəğmə də belə yaddaşıma həkk olundu.
Əziz müəllimim!
Nəticə olaraq səmimi qəlbdən deyirəm:
- Bax, belə gözəl məkanda, xoş dövranda, gəncliyin arzuları ilə səsləşən sivil həyatda yaşamağa, qurub yaratmağa dəyər. Hər gün yeniləşən gəncliyə, hər gün yeniləşən şən həyatımıza alqış!
Yaşasın müstəqil Azərbaycan!


Blog müəllifi

Yeniləşən məktəblər

Yeniləşən məktəblər

Məqalə-1

Məqalə-2

Məqalə-3

Məqalə-4

Yeniləşən məktəblər

Yeniləşən məktəblər

Yeniləşən məktəblər

Yeniləşən məktəblər

Yeniləşən məktəblər

Qan yaddaşi

.