Tanrının və tarixin sevdiyi şəxsiyyət

Heydər Əliyev Fondu

Heydər Əliyev Mərkəzi

Yeniləşən məktəblər

Yeniləşən məktəblər

Yeniləşən məktəblər

Yeniləşən məktəblər

Cenub mirvarisi

1905.az

Azərbaycan Respublikası məktəbliləri üçün elektron səhifə

Elektron müsabiqə

Sabahın alimləri

Saat

<$

H a q q ı m d a

    Mən, Fətullayev Teymur Sabir oğlu 19 noyabr 1974-cü ildə Astara rayonun Kijəbə qəsəbəsində anadan olmuşam.

    1981-1992-ci illərdə Kijəbə qəsəbə tam orta məktəbində oxumuşam. Təhsilimi başa vurduqdan sonra qəsəbəmizdəki N. Gəncəvi adına sovxozda 1995-ci ilədək fəhlə işləmişəm.

      1995-1998-ci illərdə həqiqi hərbi xidmətdə olmuşam.

    2000-ci ildə qəbul olunduğum Lənkaran Dövlət Universitetinin tarix və ictimaiyyat fakültəsini, 2005-ci ildə fərqlənmə diplomu ilə bitirmişəm.

    2005-2007-ci illərdə Lənkəran Dövlət Universitetində “Magistratura və doktorantura” şöbəsində təhsilimi davam etdirərək “Azərbaycanın yeni və ən yeni tarixi” ixtisası üzrə magistr dərəcəsi almışam.

    2001-ci ildən ixtisasım üzrə N. Həsənov adına Kijəbə qəsəbə tam orta məktəbində hal-hazıradək tarix müəllimi işləyirəm.

   2005-2010-cu illərdə Astara Pedaqoji Texnikumunda ixtisasım üzrə müəllim işləmişəm.

 2012-2014-cü illər Azərbaycan Təhsil Nazirliyi və “Mədəd Azərbaycan” MMC tərəfindən müəllimlər üçün təşkil edilmiş İKT-nin təhsilə tətbiqi üzrə “İntel® Gələcək üçün Təhsil” təlimi kursunda Təlimçi vəzifəsində işləyirəm.

 2012-2013-cü tədris ilində keçirilmiş “Ən yaxşı müəllim” müsabiqəsində müvəffəqiyyət qazandığına görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 6 avqust 2013-cü il tarixli 3044 №-li Sərəncamı ilə mükafatlandırılmışam.

    2013-2014-cü tədris ilində V-VI siniflərdə dərs deyəcək və indiyədək təlimdən keçməyən fənn müəllimləri üçün yeni ümumorta təhsil kurikulumu üzrə təlim proqramını həyata keçirtmək üçün Azərbaycanın müxtəlif rayonlarında təlimçilik (“Mədəd Azərbaycan” təşkilatı) fəaliyyəti göstərmişəm.

    2013-cü ildən Astara rayon Təhsilyanı Şuranın üzvü, İxtisasartırma üzrə Kijəbə qəsəbə tam orta məktəbində fəaliyyət göstərən “Baza”nın rəhbəri və onun tərkibində fəaliyyət göstərən tarix fənni üzrə “Dayaq məntəqəsi”nin sədriyəm.

    Azərbaycan Respublikası Təhsil Nazirliyinin müvafiq Əmrinə əsasən 2013-2014-cü tədris ilindən etbarən Ülu Öndər Heydər Əliyevin irsinin öyrədilməsi ilə əlaqədar ümumtəhsil məktəblərinin XI sinif şagirdlərinə dərsdənkənar vaxtlarda müstəqil Azərbaycan Respublikasının tarixinə aid seçilmiş mövzuları Astara şəhər Heydər Əliyev Mərkəzində tədris edirəm.

    Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2014-cü il 30 sentyabr tarixli Sərəncamı ilə Azərbaycan təhsilinin inkişafında xidmətlərinə görə “Tərəqqi” medalı ilə təltif edilmişəm.

    Müxtəlif illərdə “Astara rayon Sım kənd qəbir abidələri”, “Mir Baba Həmzənin şəcərəsi və onun övladları”, “Tariximizin nişanələri” və s. elmi məqalələrim işıq üzü görmüşdür.

    2015-ci ildə “Azərbaycan təhsilinin uğuru” (“Успех образования Азербайджана”) adlı elmi məqaləm xarici mətbuatda, Ukraynanın Kiyev şəhərində çap olunmuşdur.

    2015-ci ilin fevral ayından Azərbaycan Təhsil Nazirliyi və "Təhsildə İnnovativ Texnologiyalar" ƏTM-nin müəllimlər üçün həyata keçirdiyi müxtəlif lahiyələr üzrə Təlimçi vəzifəsində işləyirəm.

    2015-ci ilin may ayında Astara rayon Təhsil Şöbəsində ümumorta təhsil məktəblərində tədris olunan Azərbaycan tarixi və Ümumi tarix fənn kitablarının (5, 6, 7-ci sinif) yenidən təkmilləşdirilməsi üçün yaradılmış İşçi qrupun üzvüyəm.




Blog müəllifi

Yeniləşən məktəblər

Yeniləşən məktəblər

Məqalə-1

Məqalə-2

Məqalə-3

Məqalə-4

Yeniləşən məktəblər

Yeniləşən məktəblər

Yeniləşən məktəblər

Yeniləşən məktəblər

Yeniləşən məktəblər

Qan yaddaşi

.